İlham Əliyevdən MÜHÜM ADDIM: yüz minlərlə vətəndaşın problemi HƏLL EDİLDİ

İlham Əliyevdən MÜHÜM ADDIM: yüz minlərlə vətəndaşın problemi HƏLL EDİLDİ

"Azərbaycanda problemli kreditlərin həcmi 1 milyard 585 milyon manatdır. Əsasən, xarici valyuta ilə olan problemli kreditlərin həll edilməsi məsələsi gündəmdədirsə, qeyri-rəsmi məlumatlara görə, burada 300 min nəfərə yaxın vətəndaşın problemlərinə aydınlıq gətiriləcəyindən söhbət gedir”.

Bu fikirləri Publika.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov səsləndirib.

Ekspert bildirdi ki, iqtisadi və sosial inkişaf mərkəzinin keçirdiyi sorğunun nəticələri də göstərdi ki, problemli kreditlər Azərbaycan vətəndaşları üçün həlli vacib məsələlərdən biridir:

"Bu məqamda ölkə başçısı tərəfindən bu problemin həll olunmasına dair tapşırığın verilməsi təqdirəlayiqdir. Nəticə etibarilə, tapşırıqlar bu gün vətəndaşlarımızı narahat edən məsələlərdən birinin həlli istiqamətində addlımların atılmasından xəbər verir. Rəsmi statistikaya görə, banklardan kredit götürən vətəndaşlarımızın sayı 2,5 milyon nəfərdir. Təbii ki, burada bir nəfərin bir neçə dəfə kredit götürməsi ehtimalı da nəzərə alınır. Amma problemli kreditlərin əhatə etdiyi insanların sayı ilə bağlı rəsmi açıqlama yoxdur. Problemli kreditlərin həcmi isə 1 milyard 585 milyon manatdır. Əsasən, xarici valyuta ilə olan problemli kreditlərin həll edilməsi məsələsindən söhbət gedirsə, qeyri-rəsmi məlumatlara görə, burada 300 min nəfərə yaxın vətəndaşın problemlərinə aydınlıq gətiriləcəyindən söhbət gedir”.

İqtisadçı ekspert bildirdi ki, bu problemlər üçtərəfli güzəşt mexanizmi əsasında həll olunacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az