“İlham Əliyevə zəng edirəm və deyirəm ki…”- Sarkisyan

“İlham Əliyevə zəng edirəm və deyirəm ki…”- Sarkisyan

Ermənistan mediası: Bakı ilə Yerevan arasında "qaynar xətt"

Ermənistan prezidenti Serj Sarkisian Bakı ilə Yerevan arasında "qaynar telefon xəttinin" yaradılmasına tərəfdardır.

Miq.az xəbər verir ki, bunu Ermənistan prezidenti Sarkisian "Rossiya seqodnya”-nın baş direktoru Dmitri Kiselyovla müsahibəsində deyib.

Ermənistan prezidenti Serj Sarkisyan məşhur rusiyalı jurnalist, "Rusiya bu gün” BİA-nın baş direktoru Dmitri Kiselyova müsahibə verib.

Müsahibədə Sarkisyan İrəvan və Bakı arasında cəbhədəki hadisələrlə bağlı "qaynar xətt”in yaradılmasını təklif edib.

O bildirib ki, Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə operativ reaksiya vermək üçün yaradılacaq "qaynar xətt” fayda verəcəksə, hadisələrə operativ reaksiya verəcəyiksə, mümkündür.

«Tutaq ki, təmas xəttində kimsə atəş açır və bizim məlumatlara görə, atəş açan azərbaycanlılardır, dəstəyi götürürəm, Azərbaycan prezidentinə zəng edirəm və deyirəm: "Atırlar”. O da doğrudan da bunu yoxlayır”, - Sarkisyan deyib.

Sarkisian deyib ki, "mən nəzarəti təmin edə bilərəm və dəqiq deyə bilərəm ki, bizimkilər atəş açır yoxsa yox. Əlbəttə, eyni münasibəti Azərbaycn rəhbərindən də gözləyirəm”.
 
"O vaxt mən Ermənistanın müdafiə naziri olanda bizim Azərbaycanın müdafiə naziri ilə birbaşa telefon əlaqəmiz var idi. Biz ekstremal hallarda, təcili əlaqə lazım olanda, əlaqə yaradırdıq”.
 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az