İlham Əliyevin İran səfəri başladı

 İlham Əliyevin İran səfəri başladı

Azərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb.

APA-nın məlumatına görə, prezident İlham Əliyevi hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.

Prezident İlham Əliyevin şərəfinə Tehranın Sədabad sarayında fəxri qaravul dəstəsi düzülüb. Fəxri qaravul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycanın və İran dövlət himnləri səslənib.

İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşdırılan səfər müddətində iqtisadiyyat və digər sahələrlə bağlı sənədlər imzalanacaq.

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az