İlham Əliyevlə Pezeşkian Şuşada: maraqlı dialoq - Video

İlham Əliyevlə Pezeşkian Şuşada: maraqlı dialoq - Video
İran Prezidenti Məsud Pezeşkian Şuşa şəhərinə səfər edib.

Miq.az xəbər verir ki, o, iyulun 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirak edib.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian birlikdə Şuşaya gediblər.

Dövlət başçıları şəhərin mənzərəsini seyr ediblər. Onlar Yuxarı Gövhər Ağa məscidinə baxıblar.

İlham Əliyev iranlı həmkarına işğal dövründə Ermənistanın Şuşada törətdiyi vandalizm aktları və hazırda həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az