İlhamə: "Tariximizin Mehriban Əliyeva zirvəsi"

İlhamə: "Tariximizin Mehriban Əliyeva zirvəsi"

Mehriban Əliyeva… Bu ad Azərbaycan xalqına, dünya ictimaiyyətinə yaxşı tanışdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım dövlətimizin, xalqımızın tərəqqisi üçün misilsiz işlər görmüşdür və bu gün də həmin xeyirxahlıq missiyasını şərəflə davam etdirir.

Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Heydər Əliyev fondunun dəstəyi ilə qlobal layihələrə imza atıb. Bu gün paytaxtımızda, şəhər və rayonlarımızda, ucqar kəndlərimizdə, ən qaynar cəbhə bölgələrində tikilib inşa edilərək xalqin xidmətinə buraxılan müasir xəstəxanalar, məktəblər, uşaq baxçaları, reablitasiya mərkəzləri, olimpiya idman kompleksləri, mədəniyyət mərkəzləri, tarixi abidələr, muzeylər məhz Mehriban xanımın əvəzsis əməyinin nəticəsidir.

“Qarabağ xanəndələri” layihəsi çərçivəsində işıq üzü görən, dünyaya səs salan “Qarabağ xanəndələri” kitab-albom-disk muğamlarımıza olan diqqət, qayğının nəticəsidir. Muğam beşiyimiz olan Qarabağımızin, orada yetişən ustad xanəndələrin səs xəzinəsini toplayaraq dünya ictimaiyyətinə sübut etdi ki, Azərbaycan muğamları əvəzsizdir və onu heç kim öz adına çıxara bilməz. Azərbaycan muğamlarının, milli musiqimizin, mənəvi dəyərlərimizin, mədəni irsimizin xilaskarı Mehriban Əliyeva böyük sənətkarlarımıza layiqli qiymət verərək onların yaradıcılığını daim diqqət mərkəzində saxlayır. Muğamlarımızı dünyaya tanıtdıran Mehriban xanımın təşəbbüsü, rəhbərliyi altinda gənclər arasında keçirilən muğam müsabiqələri isatedadlı muğam ifaçılarının üzə çıxmasına zəmin yaratdı və muğamlarımıza ikinci nəfəs verdi.

Azərbaycan birinci xanımın sayəsində Beynəlxalq Muğam Müsabiqələrinə ev sahibliyi etdi. Dünyaca məşhur korifey sənətkarların paytaxtımızda konsertləri təşkil edildi.

Mehriban Əliyevanın köməkliyi ilə minllərlə xəstə, əlil insanlar müalicə olunaraq şəfa tapdılar. Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə yüzlərlə məhbuslar əhv edilərək azadlığa buraxıldı.

Kimsəsiz uşaqlara analıq qayğısı göstərək onlara ana oldu, analı bir dünya yaşatdı.

Mehriban xanımın əməyinin nəticəsində böyük sənətkarlarımız Heydər Əliyev Fondunun mukafatı ilə təltif ediliblər. Bu gün də Heydər Əliyev Fondunun dəstəyi ilə ustad sənətkarlarımızın albomları nəfis tərtibatla tərtib edilərək işıq üzü görür.

Kamil ziyalı, böyük şəxsiyyət Mehriban Əliyevanı ad günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində uğurlar arzulayıram.

İlhamə Quliyeva



Xalq artisti, Prezident təqaüdçüsü,




“Şöhrət”, “Şərəf” ordenli sənətkar


Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az