İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-kriminalist, müstəqil tədqiqatçı İlqar Altay Avropa ölkələrinə səfərə çıxır. “Vətəninfo.az” Mərkəzdən daxil olan məlumatda deyilir ki,səfərdə məqsəd Avropalı ekspertlərlə birgə Polşa Respublikasının sabiq prezidenti Lex Kaçinskinin təyyarə qəzası və ölümünün araşdırılmasıdır.
Qeyd edək ki,qəza 2010-cu ilin aprelində, Lex Kaçinski həyat yoldaşı və Polşa hakimiyyət elitası ilə birlikdə 70 il əvvəl Smolensk yaxınlığında Stalin rejimi tərəfindən kütləvi güllələnmiş zabit soydaşlarının xatirəsini yad etməyə gələrkən, eniş zamanı baş vermişdir. Təyyarənin göyərtəsindəki pilotlar və dövlət xadimləri ilə birlikdə 96 şəxsin hamısı həlak olmuşdur. Qəza ətrafında müəmmalar çoxdur və hazırda hadisənin baş vermə səbəbi ilə bağlı Moskva və Varşava arasında qarşılıqlı ittihamlar səviyyəsində ciddi fikir ayrılıqları mövcuddur.
İlqar Altay bir müddət əvvəl bu məsələ ilə əlaqədar Moskva və Smolensk şəhərlərində olmuş, aidiyyətli şəxslər və mütəxəssislərlə görüşmüş, təyyarənin enəcəyi hərbi aerodromu və hadisə yerini müayinə etmişdir.
Ilqar Altayın səfəri Avstriya, Almaniya və Polşanı əhatə edəcək. Tədqiqatçı mərhum prezidentin yaxınları və bir sıra aidiyyətli rəsmi və digər şəxslərlə görüşməyi, bir sıra sənədlər, şahidlər və faktlarla yerində tanış olmağı planlaşdırır.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?