İmamoğlunun saxlanılmasını Ərdoğana bağlamaq... - Nazir

İmamoğlunun saxlanılmasını Ərdoğana bağlamaq... - Nazir

Məhkəmə orqanlarının başlatdığı araşdırma və ittihamları Prezident Ərdoğanla əlaqələndirmək, yumşaq desək, həyasızlıqdır, yerini bilməməkdir. Məhkəmə heç kimdən göstəriş almır. Məhkəmə heyəti üzvlərinin təhqir edilməsi heç vaxt qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bunu Türkiyə ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması barədə danışarkən deyib.

"İki istintaq çərçivəsində 106 nəfər şübhəli şəxs qismində saxlanılıb. İstintaq çox diqqətlə aparılır. Qərəzsiz və müstəqil məhkəmənin apardığı araşdırmaları müxtəlif tərəflərə çəkmək, çevriliş kimi ifadələrlə qələmə vermək son dərəcə təhlükəli və yanlışdır. Ədaləti tam təmin etmək üçün prosesi sakit şəkildə izləmək və qərara hörmətlə yanaşmaq bizim ümumi məsuliyyətimizdir”, - nazir əlavə edib.

Qeyd edək ki, bu gün səhər İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu və onlarla şəxs saxlanılıb. Ə.İmamoğluya qarşı terror təşkilatı ilə əlaqə və korrupsiya ittihamları irəli sürülüb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az