Vilyam Hacıyev Avropanı gəzir,məmurlar pul qırır
İmişli rayonunun məmurlardan çəkdiyi çilə bitmək bilmir ki, bilmir. Rayonun icra başçısı, Hafiz Hacıyevin əmisi oğlu Vilyam Hacıyev hazırda Avropanı gəzib-gününü-günə qatıb kef etməkdədi. Onun rəhbəri olduğu rayonda isə məmur özbaşınalığı isə hər gün dözülməz vəziyyəti bir qədər də artırmaqdadı. “Vətəninfo.az” olaraq İmişli rayonunda baş verənləri uzun zamandı diqqətdə saxladığımızdan, İmişlidəki mənbələrimiz hər gün bu rayonda baş verənləri isti-isti redaksiyamıza çatdırmaqda davam edirlər.
TSEK sədrinin gözü doymur
Tibbi Sosial Ekspertiza Komisiyasının sədri, Məhəmmədəli İbrahimov isə lap ağının çıxarıb. Nə ipə yatır,nədə sapa.Bu adamı durduran yoxdu. Artıq vəziyyət o həddə çatıb ki, redaksiya olaraq, bu TSEK sdrinin ağlar günə qoyduğu şəxlərin özləri ilə əlaqə saxlamalı olduq.İmişlidəki mənbəmiz birbaşa bu gün Məhəmmədəli İbrahimovun zülmündən əziyyət çəkən vətəndaşlarla görüşüb və onları dinləyib. “Vətəninfo.az” olaraq Tibbi Sosial Ekspertiza Komisiyasının sədrinin fəaliyyətini dərindən diqqətə aldığımızdan, M.İbrahimovun bu gün əzab və əziyytələrə dücar etdiyi İmişli vətəndaşlarını təqdim edirik. İmişli rayon Sarxanlı kənd sakini, infakt və şəkər xəstəsi Murtuzayev Vahid TSEK-dan keçib əlillik almaq istəsə də M.İbrahimov ondan 1500-2000 AZN tələb edir və bu üzdən də vətəndaş Murtuzayev suyu süzülə-süzülə kor-peşman kəndinə dönmək məcburiyyətində qalıb. Qurbanova Gülnarə Valodiya qızı da eynilə Surxanlı kənd sakinidi və ürək xəstəsi olan Gülnarə xanımdan M.İbrahimov 400 AZN almış olsada, əlavə 100 AZN-də tələb edib. G.Qurbanova 100 AZN-i tapa bilmədiyindən verdiyi 400 AZN-i Məİbrahimovdan geri istəyir.Amma korrupsiya və rüşvətlə gözləri bağlanan Məhəmmədəli İbrahimov qadına “sən mənə 400 anatı kimin yanında vermisən, pul-zad yoxdu”deyə kabinetindən qovur.Bu qədər də olmaz, həm 400 manatın getsin, həm də təhqir olunasan.Bunu müqəddəs Ramazan ayında allah da götürməz. İmişli şəhər sakini Fərəcov Sarı Bəşir oğlu da ürək xəstəsidi və S.Fərəcovda birbaşa Məhəmmədəli İbrahimovun qoyduğu şərtlərə gücü çatmayanlardandı. Ağdərə rayon sakini, hazırda Bəcravan kəndində məskunlaşan Ağayev Vidadi Rüstəm oğlu isə şəkərli diabet və infak xəstəsidi.Bu eli-obası düşmən tapdağında olan, gözəl yurdu viranəyə çevrilən, Məhəmmədəli İbrahimov kimi insanların at oynatdığı məmləkətdə qaçqın və məcburi köçkün vəziyyətinə salınan V.Ağayev xəstəliyi ilə bağlı əlillik dərəcəsi almaq istəyir.Amma Məhəmmədəli İbrahimov tas qoyub 1500-2000 AZN. Ya verəəcəksən, ya görməyəcəksən. Hər gün vətən-yurd,el-oba dərdi çəkməkdən şəkrli diabetə-infakta çevrilən bir insana qarşı edilən bu zülümü Allah necə götürür bunu anlamaq mümkün deyil. Tutaq ki,bu pul Məhəmmədəli İbrahimova verildi, bu Ramazan ayında 11 ayın sultanı,gözəl Ramazanda necə yeyəcək bu pulu, Allah qoruxusudamı yox?
Mənbəmiz bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən Cavid adlı biri gəlib neçə gündü TSEK-də oturub. Nəyə gəldiyi, nə üçün gəldiyidə bəlli deyil. İmişli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tahir Mikayılov belə baş aça bilmir ki, Cavid yoxlamaya gəlib yoxsa nəyə.
İmişli qaz idarəsi qohum əqraba ittifaqı
İmişli rayon Qaz İstismar idarəsinin rəisi Mehman Osmanovdan da nəhayyət redaksiyamıza məlumat daxil oldu. Mənbənin sözlərinə görə, M.Osmanov demək olar ki,idarəni özəlləşdirib. Mənəbnin sözlərinə görə, İmişli Qİİ-də işləyənlərin çöxu rəisin qohum-əqrabasıdı. Mənbənin sölərinə görə, M.Osmanov bunu onun üçün edib ki, idarədə baş verən qanundankənar hadisələr kənara çıxmasın.Yəni qohum-əqraba arasında olanlar gizlədilsin. Mənbənin sözlərinə görə, M.Osmanov əslən İmişli rayonunun Əlipənahlı kəndindən olduğu üçün, İmişli Qİİ-si el içində Əlipənahlı kəndi adlandırılır. Yəni qaz idarəsinə gedən vətəndaşdan biri soruşduqda hara gedirsən, cavabında Əlipənalıya deyə cavab verir. Mənbənin sözlərinə görə,idarəni qohum-əqraba ittifaqına çevirən M.Osmanov dövlət əmlakının talayan yerli məmurlar sırasında adının çoxdan yazdırıb. Mənbə bildirir ki, Osmanovun nəzarətində bir neçə çörək bişirmə sexləri var ki, onlar hər ay müdirin aylığını çatdırmasalar, qaza həsrət qalarlar. Nə deyək allah bunların qazın alsın. Amma mənbənin sözlərinə görə M.Osmanov arada korrupsiya əməlinə də əl atır ki, bu prosesidə KredoBank-ın İmişli söbəsi və şöbənin müdiri Qədim Sadıxov vasitəsi ileə həyata keçirir.
Redaksiyadan: Adları məlumatlarda səslənən İmişli məmurları, bu vəya digər fikirə ehtiraz edərək, öz mövqeylərini bildirə bilərlər.Biz bu imkanı onlara verməyə hazırıq.
Kənan