İmişli Hidroqovşaq Istismar İdarəsininin rəisi Mirqoca Mirişov deyəsən dolanışığın yolun tapıb. Əhəməd Əhmədzadənin yerli məmuru !Araz” çayından həm ziyarət. Həm də ticarət üçün istifadənin ən gözəl üsulların tapıb tədbiq etməyi bacarır. Maraqlı burasındadı ki, uzun zamandı İmişli rayonu, rayonun İcra Hakimiyyətinin başçısı, Hafiz Hacıyevin əmisi oğlu, Sank-Peterburqda aviasiya təhsili alaraq, uzun müddət hava gəmilərində şturman,lioçik kimi çalışmış, sonralar, Gəncə hava limanında rəis vəzifəsi tutan, onun ardınca Gəncə Şəhər Nizami rayon icra hakimiyyəti sisteminə dubul etmiş, ordanda Samux rayonu icra Hakimiyyəti başçısı postuna sahib olan, ən sonda İmişliyə icra başçısı göndərilən Vilyam Hacıyev və onun yerli məmurları haqqında yazmaqdan barmaqlarımız qabar bağladı.Ancaq nədən sə cənab hacıyevin yerli məmurlarının niyyətləri və əməlləri qabar bağlamır ki, bağlamır.Əksinə daşdan da gəlir olaraq sərfəli şəkildə istifadə edib qaz vurub-qazan doldurmağı bacarırlar. İddalara görə,bu qazanda qaz vurub-qazan dolduranlardan biri də yuxarıda adını sadaladığımız hörmətli Mirqoca Mirişovdu. Mirişovla bağlı İmişlidəki mənbənin veridiyi məlumata görə, Hİİ-nin rəisi dövlət tərəfindən ayrılan vəsiti aidiatı üzrə xərcləmir və daha çox vəsaitin silinməsi yolun tutub. Mənbənin verdiyi məlumatda qeyd olunur ki, Mirişov “Araz”çayının təmizlənməsi adı altında çaydan çıxarılan qumu sataraq müəyyən gəlir əldə etməkdədir.Bu əldə olunan gəlirin dövlət büdcəsinə, və yaxutda İmişli rayonunun sosial-iqtisadi inkişafında xərcələnməsi üçün rayon büdcəsinə ödənməsinin vacib olduğunu bildiyi halda, daha çox şəxsi bücəsinin genişlənməsinə yönəldir.Misal üçün idarə rəisinin yeni işlərindən biri də, İmişli rayon Cahar kəndində yaşayan qardaşının həyətinə küllü miqdarda. Dəmir toplayıb ki, bu dəmirlərdə satılaraq ailə büdcısində müəyyən önəmli rol oynayır. Mənbənin verdiyi məlumatın nə qədər doğru və ya yalan olduğunu deyə bilməsək də, İmişlidə baş verən son hadisələr onu göstərir ki,bu rayona doğurdan da bir sehirli çubuq gəeəkdir ki, İmişli yenidən yaradılsın.Amma şükürlər olsun ki,dövlətin və vətəndaşların təhlükəsizliyini və onların mühafizəsini təşkil edən dövlət orqanları var və bu rayonda bəzi məmurlar, arada bir özlərini yığışdırıb qanunlara tabe olmuş şəkildə çalışırlar.
Qasım Qasımov Kollektorlardan qazanır
Mənbənin verdiyi digər bir məlumata görə, İmişli rayonunda kollektorların təmizlənməsinə bir başa İmişli Kollektor İdarəsi (idarənin dəqiq adı bəlli deyil.) baxır ki, bu idarənin rəhbəri Q.Qasımov kollektorların aylıq təmizlənməsi ilə bağlı ayrılan vəsaitin silinməsində üstünə yoxdu. Mənəbnin sözlərinə görə, hər ay kollektorların təmizlənməsi adı altında vəsait silinsə də kolletorlar təmizlənmir.
İmişli Suvarma Sistemləri idarəsi kanal kənarların satır
Mənbənin verdiyi məlumata görə, İmişli Suvarma Sistemləri idarəsinin rəisi Mütəllim Bədirov İmişli şəhəri içərisindən böyük su kanalının təhlükəsizlik zolağını müxtəlif imkanlı adamlara satıb.Mənəbnin sözlərinə görə, həmin təhlükəsizlik zolağı ranalın sel və yağış sularının təsirindən daşmasının qarşısını almağa xidmət etdiyini diqqətə alsaq. Deməli həmin zolaqda inşa olunan nə varsa qeyri qanuni olmaqla bərabər, eyni zamanda, həmin obyektlərin sel və daşqınlar zamanı ciddi ziyan çəkəcəyidə mümkündü. Amma “Mən salim olum, cümlə cahan batsada batsın nə işim var” deyən Mütəllim Bədirob bunları diqqətə almaqda maraqlı deyilmiş.
Qeyd edək ki, İmişli rayonu ilə bağlı silsilə məlumatlar və xəbərlər verdiyimizə görə, rayonun müxtəlif idarə və müəsisələrindən təhditlərdə almaqdayıq. Artıq, həm redaksiyanın, eyni zamanda “Vətəninfo.az”internet portalının əməkdaşlarının təhlükəsizliyini qorumaq məcburiyyətindəyik.Sadəcə olaraq müəyən müddət gözlədikdən sonra təhlükəsizliyin təminatı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindəik.
Kənan