İmişlidə baş verən hadisələr saytımız tərəfindən ictimaiyyətə çatdırılmaqdadır. Rayonun yeni icra başçısı Vilyam Hacıyevin təyinatından sonra İmişli ilə bağlı maraqlı məlumatlar artmaqdadır. Belə ki, son məlumata görə, hazırda İmişli rayonunda 34 saylı Tibbi-Sosial Ekspert Komissiyası və komissiyanın sədri Məmmədəli İbrahimov əlillik dərəcəsi almaq istəyən vətəndaşları incitmək də davam edir. Verilən məlumata görə, hazırda Məmmədəli İbrahimov əlillik dərəcəsinə uyğun olan şəxsləri komissiyadan keçirib və hansı qrupa aid olduqlarını təyin edən sənədi təqdim etmək əvəzinə, pul verməyən şəxsləri geri qaytarır. Hətta məlumat redaksiyamıza daxil olduğu dəqiqiələrdə komissiyanın həyətində 1 nəfərin özündən getdiyi də bildirilir. Mənbənin sözlərinə görə, Məmmədəli İbrahimov ayağıkəsilmiş şəxsləri də incitməkdədir. İlkin komissiyadan keçən şəxslərdən 3 min, 3500 manat, təkrar komisiyadan şəxslərdən isə 400-500 manat tələb olunur. “Bu pulu niyə istəyirsiniz?” sualına isə M. İbrahimov “Məndən də yuxarılar tələb edir” cavabını verir. Bundan əlavə, ödəniş etməyənə əlillik vəsiqəsi verilməyəcəyini bildirir. Məlumatın dəqiqliyini isə yalnız Əmək və Dövlət Sosial Müdafiə Nazirliyi bildirə bilər.
İmişlilər seyiddən “aman” diləyir
Bu vəziyyətlə bağlı Seyidağasəlim Hacıyev adlı şəxs var ki, rayonda böyük nüfuza malikdir. M.İbrahimovdan zara gələn şəxslər onun üstünə gedirlər və ondan kömək istəyirlər ki, ən azından İbrahimov onun rayondakı hörməti və seyid olmasını nəzərə alaraq rüşvət istəməsin. Bələdiyyə sədrləri də hətta Seyidağasəlimin üstünə gələrək ondan kömək istəyirlər ki,xalqı incidən M.ibrahimovu yola gətirmək üçün.
İmişlidə 1 gündə 100 ağac kəsildi.
Redaksiyamıza daxil olan digər maraqlı məlumat isə İmişli Yaşıllaşdırma idarəsinin sədri Rasim Abışov bir gündə parkda yüzlərlə sağlam ağacları kəsdirərək qohumunun sexinə yığdırır və bunu “abadlıq” adı altında gizlədir.Son illərdə Azərbaycanda ağac əkilməsi ilə bağlı aparılan kampaniyalara vurulan ən böyük baltadır. Bu ağaclar sağlam olmasına baxmayaraq kəsilir və qapı-pəncərə sexlərinə aparlaraq yenidən əhaliyə satılır. Qeyd edək ulu öndər Heydər Əliyev deyirdi ki, "əgər kimsə bir ağac əkməyibvə,əkmədiyi halda əkilən ağacları kəsirsə, o mənim qollarımı kəsir". Görəsən rayonun icra başçısı Vilyam Hacıyev bunu bilirmi və bu yazılanlara cavabı nədi?yaşıllaşdırma idarəsinin,bütövlükdə rayonun bütün dövlət məüsisələri onun gözünün qabağında fəaliyyət göstərirlər.
İmişli DSMF-də işdənçıxma kompaniyası
Dövlət Sosial Müdafiə Fondunun İmişli şöbəsi ilə bağlı gələn məlumatda isə qeyd olunur ki, DSMF-nun İmişli şöbəsinin bəzi əməkdaşları işdən çıxmaq haqqında ərizə yazıblar. Mənbə bildirir ki,buna səbəb bir neçə gün öncə Sosial müdafiə Mərkəzində həyata keçirilən həbslərdi.İndi İmişli DSMF işciləri canlarına qorxu düşüb və bir gün başlarının yanacağından ehtiyatlanaraq indidən aradan çıxmağa çalışırlar. Nə deyək belə rüsvaçılıq etmələrindənsə getmələri məsləhətdi.
Bizi izləyin.
İmişlidə baş verən ən son hadisələrlə sizi məlumatlandıracağıq. Adı məlumatda hallanan dövlət məmurlarının mövqeyini də dərc etməyə hazırıq.