İntensiv yağışlar çayların daşma təhlükəsini artırdı

İntensiv yağışlar çayların daşma təhlükəsini artırdı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən Milli.Az-a əvvəlcədən xəbər verildiyi kimi mayın 11-i gündüzdən 12-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, Böyük Qafqazın bəzi yerlərində intensiv olub, güclü şimal-qərb küləyi əsib, küləyin sürəti Abşeron yarımadasında və bəzi rayonlarda arabir 23-30 m/s-dək güclənib. Yağan intensiv yağış nəticəsində Kişçay, Şinçay, Kürmükçay və Baş Daşağıl çaylarında sululuq artıb.

Yağışın miqdarı Bakıda və Abşeron yarımadasında 1-5, Böyük Qafqazda 1-17, dağlıq və dağətəyi rayonlarda 23-52, Naxçıvan MR-da 1-7, Mərkəzi-Aran rayonlarında 1-5, Kiçik Qafqazda 9-11, Qazax-Gəncə zonasında 1-9 mm olub. Köşklü, Aşıqlı, Çaykənd, Quşçu kəndlərinə isə dolu düşüb. Dolunun miqdarı Göygöldə 13, Zurnabad kəndində (Göygöl) 18, Daşkəsənin Zağalı Göl kəndinə 12 mm təşkil edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az