İnterpol sabiq prezidenti axtarış siyahısından çıxardı

İnterpol sabiq prezidenti axtarış siyahısından çıxardı
İnterpol Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi beynəlxalq axtarış siyahısından çıxarıb. Modern.az Rusiya KİV-inə isitnadən xəbər verir ki, Yanukoviçin adının axtarış siyahısından çıxarılması İngiltərənin "Jozeph Hage” vəkil kontorunun sayəsində baş tutub. 2014-cü ilin martından sabiq prezidentə yardım edən kontor axtarışın siyasi xarakter daşıması ilə bağlı İnterpol-a şikayət etdikdən sonra Yanukoviçin adı siyahıdan çıxarılıb.
2014-cü ilin fevralında hakimiyyətdən devrilən Viktor Yanukoviç Ukrayna hüquq-mühafizə orqanları tərəfindən külli miqdarda dövlət əmlakını talamaqda və s. cinayətlərdə ittiham olunur.  Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az