İqbal Məmmədov seçicilərlə görüşüb

İqbal Məmmədov seçicilərlə görüşüb

78 saylı Lerik seçki dairəsindən deputatlığa namizəd İqbal Məmmədovun seçki qərargahından verilən xəbərə görə, ötən gün 1 noyabr keçiriləcək Milli Məclisə seçki öncəsi təbliğat-təşviqat çərçivəsində İqbal Məmmədov 9 kəndi birləşdirən Siyov və Daster inzibati ərazi dairəsində seçiciləri ilə görüşüb.

Görüşdə bu bölgədə yaşayan ağsaqqallar, ziyalılar, ictiamiyyət nümayəndələri və gənclər daxil olmaqla 250 nəfərə yaxın seçici iştirak edib. İqbal Məmmədov seçiciləri platforması ilə tanış etdib, ölkəmizdə gedən möhtəşəm və sürətli inkişafdan, möhtərəm Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasətdən geniş bəhs edib. Eyni zamanda seçicilərin qayğı və problemlərini dinləyib və seçiləcəyi təqdirdə planları barədə geniş məlumat verib.

 












İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az