İran Netanyahunun ofisinə “Xeybər” zərbələri endirib? – İsraildən ilk reaksiya

İran Netanyahunun ofisinə “Xeybər” zərbələri endirib? – İsraildən ilk reaksiya

İsrail mənbələri İsrail Baş naziri Benyamin Netanyahunun ofisinə raket hücumu barədə məlumatları təkzib edib.

Globalinfo.az xəbər verir ki, mənbə ümumiyyətlə Baş nazirin ofisinin hədəf alınmadığını vurğulayıb.

***

SEPAH-ın yaydığı açıqlamaya görə, İran Silahlı Qüvvələri İsrailin Baş naziri Benyamin Netanyahunun ofisini və İsrail Hərbi Hava Qüvvələri komandanlığını "Xeybər” raketləri ilə hədəfə alıb.

Bu barədə "Tasnim” məlumat yayıb.

SEPAH iddia edir ki, hücum qəfil və dəqiq zərbələr nəticəsində həyata keçirilib və hədəflər "ağır zərbələr alıb”. Netanyahunun taleyi isə hələ də məlum deyil. Qeyd edilib ki, Netanyahunun ofisi və rejimin hərbi hava qüvvələri komandanlığı onuncu dalğada hücuma məruz qalıb.

Təfərrüatlar və təsdiqlənmiş məlumatların növbəti saatlarda açıqlanacağı bildirilib.

***14:05

İsrailin Baş naziri Benyamin Netanyahunun Təl-Əvivdəki ofisinə hücum edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Hücum zamanı onun ofisdə olub-olmaması və taleyi haqda məlumat yoxdur.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az