İran tankları hərəkətlənəcək, Azərbaycan Ordusu məğlub edəcək – Arestoviç

İran tankları hərəkətlənəcək, Azərbaycan Ordusu məğlub edəcək – Arestoviç
Azərbaycan Ordusu çox güclü və döyüş qabiliyyətlidir. O, İran ordusunu məğlub etmək iqtidarındadır.

Miq.az Globalinfo.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, Ukrayna Prezident Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç deyib.

"İranlılar tankları ilə ora-bura gedib, Azərbaycan və Türkiyəni qorxudacaqlar, amma problem ondadır ki, onlar qorxmurlar və hətta bəlkə də özləri İranın hərəkətə keçməsini istəyirlər. Belə perspektivdə İsrail və ABŞ üçün situasiyadan istifadə şansı yaranacaq.

Üstəlik, unutmaq olmaz ki, Cənubi Azərbaycan Böyük Azərbaycanın bir hissəsidir. Burada bir neçə on milyon azərbaycanlı yaşayır. Onlar Azərbaycan ordusu ilə döyüşmək cəhdinə necə reaksiya verəcəklər? Bu ki bir xalqdır. Tamamilə qeyri-müəyyəndir. Sonradan həmçinin İranın öz daxilində problemlər də başlaya bilər. Ona görə də silahla oynamaq hələ iranlıların onun istifadə edəcəkləri demək deyil”, – o bildirib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az