İran Türkiyəyə hücum edəcək? - Hakan Fidandan açıqlama

İran Türkiyəyə hücum edəcək? - Hakan Fidandan açıqlama
Türkiyə xarici işlər naziri Hakan Fidan İranın Türkiyəyə hücum edə biləcəyi ehtimalı ilə bağlı danışıb.

"Yeni Sabah” xəbər verir ki, nazir Türkiyənin hər zaman özünü müdafiə etmək gücünə sahib olduğunu bildirib.

"İran məsələsindən asılı olmayaraq, Türkiyə hər zaman özünü müdafiə edir. Bunun üçün həm iradəyə, həm də qabiliyyətə malikik”, - Türkiyə XİN rəhbəri əlavə edib.

Hakan Fidan regiondan Türkiyəyə potensial miqrasiya axını ilə bağlı da danışaraq qeyd edib ki, bütün planlaşdırmalar artıq aparılıb və vətəndaşların təhlükəsizliyi təmin olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az