İran və rus əsgərlərin Qarabağda qanunsuz əməlləri - ŞOK VİDEO

İran və rus əsgərlərin Qarabağda qanunsuz əməlləri - ŞOK VİDEO

Sosial şəbəkələrin İran seqmentində bu ölkənin Ermənistan vasitəsilə Qarabağa "yardım”ların çatdırılmasını əks etdirən qalmaqallı görüntülər yayılıb.

Miq.Az Report-a istinadən xəbər verir ki, bununla bağlı video "Azad İran” "Telegram” kanalında paylaşılıb.

Bu yüklərin Ermənistandan keçərək, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərinə aparıldığı bildirilib. Məlumatda qeyd edilib ki, həmin yük avtomobillərində bezin, qaz, bitum, eləcə də qida, geyim məhsulları, tikinti malları qanunsuz daşınır.

Bundan başqa, bildirilir ki, həmin avtomobillərlə əraziyə külli miqdarda narkotik daşınır.

İran hansı haqla bu "yardım”ları Azərbaycan ərazisinə çatdırır, rusiyalı sülhməramlılar isə hansı haqla qaçaqmalçılığa göz yumur?
 

 


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az