İran öz gəmisini vurdu: 19 ölü, 15 yaralı

İran öz gəmisini vurdu: 19 ölü, 15 yaralı

İran Hərbi Dəniz Qüvvələrinə aid "Jamaran” döyüş gəmisi təlim zamanı səhvən "Konarak” köməkçi gəmisini vurub.

Miq.Az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri rəsmi məlumat yayıb.

Bildirilir ki, hadisə Fars körfəzində baş verib.

Baş verən insident nəticəsində 19 hərbçi həlak olub. Məsələ ilə bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna aid "Cavan” qəzetinin əməkdaşı Vahid Hacipur sosial şəbəkə hesabında hadisə zamanı 40 hərbçinin öldüyünü iddia edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az