İranda 4 nəfər edam olundu

İranda 4 nəfər edam olundu

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidandakı həbsxanada bəlucəsilli yerli sakinlər İmambəxş Narui, Möhsün Anşini, Vəli Rudini və adı hələ açıqlanmayan daha bir nəfər isə Şiraz şəhərinin Adilabad zindanında edam ediliblər.

Miq.Az "GünAzTV”yə istiadən xəbər verir ki, bu barədə İran İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Bildirilib ki, onlar narkotik maddələrin qanunsuz dövrüyəsində ittiham edilərək edam olunublar.

İranda məhkəmələrin fəaliyyətində şəffaflıq təmin olunmadığı üçün ictimaiyyət edam qərarlarının ədalətliliyinə şübhə ilə yanaşır.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az