İrandan Amerikaya xəbərdarlıq

İrandan Amerikaya xəbərdarlıq
Rəsmi İrandan sərt bəyanat

"ABŞ Suriyaya yenidən zərbələr endirsə, mütləq cavabını alacaq. Qarşılığı çox ağır olacaq". İstiPress-in "Mehr" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İranın müdafiə naziri Hüseyn Dehqan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefonda danışarkən deyib.

"Amerikanın Suriya rejiminə aid hərbi hava bazasını vurması beynəlxalq qanunlara ziddir. Əgər amerikalılar yenidən bu cür davransalar, qarşılığı ağır olacaq. Onlar bilməlidirlər ki, hücumları cavabsız qalmayacaq" — iranlı nazir bildirib.

Xatırladaq ki, ötən həftə Bəşər Əsədə bağlı hərbi aviasiyanın İdlib vilayətinə kimyəvi silahlarla hücumundan sonra Birləşmiş Ştatlar Suriya rejiminə aid hərbi hava bazasına 59 ədəd "Tomehavk" raketi atmışdı. Daha sonra əməliyyatla bağlı ətraflı açıqlama verən Pentaqon, hücum zamanı Suriya rejiminə aid döyüş təyyarələrinin 20%-ni məhv etdiklərini bildirib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az