İrandan Azərbaycan-Türkiyə təlimlərinə qərəzli REAKSİYA
İrandan qərəzli ritorika səslənməkdə davam edir.
Modern.az "İRNA” agentliyinə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə Xəzər dənizində Türkiyə-Azərbaycan birgə təlimlərinin keçirilməsini pisləyib.
"Xəzər dənizinin hüquqi statusu barədə konvensiya bu məsələyə aydınlıq gətirdi. 5 sahilyanı ölkə kənar ölkələrin dənizdə hərbi mövcudluğunu arzuolunmaz qəbul edib. Məsələ Xarici İşlər Nazirliyində müzakirə olunur”- deyə Nazirlik rəsmisi söyləyib.
Miq.Az