İranla bağlı şok xəbərdarlıq: “İki-üç aya...” – Danışıqlar dayandırıldı

İranla bağlı şok xəbərdarlıq: “İki-üç aya...” – Danışıqlar dayandırıldı

"İran iki-üç ay ərzində nüvə bombası əldə etməsi üçün kifayət qədər material istehsal edə biləcək”.

Miq.Az xəbər verir ki, bunu İsrail müdafiə naziri Benni Qantz "Foreign Policy” nəşrinə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, İran öz məqsədinə nail olarsa, bölgədə nüvə silahı yarışı başlaya bilər.

Qantz qeyd edib ki, bunun qarşısını almaq üçün Tehrana ABŞ, Rusiya, Çin və Avropadan siyasi və iqtisadi təzyiq göstərilməlidir.

ABŞ Prezidenti Co Bayden bundan əvvəl bildirib ki, İranın yeni Prezidenti İbrahim Rəisiyə yeganə güzəşt onun nüvə razılaşmasının şərtlərini yerinə yetirməsi ola bilər. Rəisi isə İrana qarşı bütün sanksiyalar ləğv edilsə belə, Baydenlə görüşmək istəmədiyini söyləyib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az