İranla əlaqə kəsildi: “Azərbaycan geri çəkilmir, danışıqlar aparılmır”

İranla əlaqə kəsildi: “Azərbaycan geri çəkilmir, danışıqlar aparılmır”

Bu gün Qafan-Gorus yolunun azərbaycanlılar tərəfindən bağlanan hissələrinin açılması ilə bağlı üçtərəfli danışıqlar bərpa edilməyib.

Miq.Az xəbər verir ki, bunu Qafan bölgəsinin rəhbəri Gevorq Parsyan deyib.

Onun sözlərinə görə, danışıqların gün ərzində yenidən davam etdirilməsi planlaşdırılır.

Parsyan bildirib ki, Qafan-Gorus dövlətlərarası yolunun Gorusdan Vorotana gedən hissəsinin bağlanması səbəbindən Vorotan, Şurnux və Bartsravan kəndləri təcrid olunub:

"Kəndləri birləşdirən yollar var, amma çox pis vəziyyətdədirlər. Məsələ burasındadır ki, M2 yolu bağlıdır, bu, nəinki Sünik (Zəngəzur), həm də bütövlükdə Ermənistan üçün ciddi problemlər yaradır, çünki İranla əlaqə kəsilib”.

Qeyd edək ki, ötən gün erməni hərbçilərinin əsgərimizi yaralamasından sonra Azərbaycan Ordusunun Gorus-Qafan yolunu bağlaması haqda məlumat yayılıb.(teleqraf.com)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az