İraq ABŞ-a rədd cavabı verdi

İraq ABŞ-a rədd cavabı verdi

İraq hökuməti ABŞ-ın Rusiya ilə bağlı tələbini rədd edib. Birləşmiş Ştatlar İraqdan hava məkanını Rusiyadan Suriyaya uçan təyyarələrə qapatmağı tələb edirdi.  

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, İraq Rusiya təyyarələrinin Suriyaya uçmasının qarşısını almayacağını bəyan edib. 

ABŞ eyni tələblə Yunanıstana da müraciət etmiş və bu ölkədən də rədd cavabı almışdı. Afina bu cavabı ilə ABŞ-ın yox, Rusiyanın yanında olduğunu nümayiş etdirmişdi.

Yalnız Bolqarıstan bir neçə gün əvvəl elan etdi ki, hava məkanını Suriyaya uçan rus təyyarələrinin üzünə qapadır. Ölkənin Müdafiə Nazirliyi bildirir ki, Rusiyaya hava məkanını yalnız bir şərtlə aça bilər ki, Moskva bu təyyarələrdə nə olduğunu yoxlamağa icazə versin.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az