İraq türkmən fəalları İŞİD terror qruplaşmasının əlində əsir olan yüzlərlə türkmən qadın və uşaq üçün Azərbaycandan kömək istəyir.
Vətəninfo.az-ın məlumatına görə, Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın Türkməneli İnsan Haqları Dərnəyi hazırda İŞİD-in Mosulda əksəriyyəti qadın və uşaqlardan ibarət olan 470 türkməni əsir saxladığını bildirib.
İŞİD-in ideologiyasına görə şiələr "kafirdir” və bu səbəbdən əsir alınan türkmənlərlə amansız rəftar edilir. Əsir alınan kişilərin başları kəsilərək öldürülüb, qadınlar isə seks köləsi kimi istifadə edilir. Azyaşlı türkmən uşaqlarına isə Mosulda saxlanıldıqları yetimxanada hərbi təlim keçirlər.
Əsasən türkmənlərin yaşadığı Telafer bölgəsi bu ilin yazında İŞİD tərəfindən tutulub. Yüzlərlə türkmən qətlə yetirilib, qalanlar başqa bölgələrə qaçmalı olub.
İraq Türkmən Cəbhəsinin Telafer bölgəsi üzrə məsul nümayəndəsi Kasım Kara "Aydınlıq” dərgisinə bildirib ki, İŞİD-in əlində əsir saxlanılan türkmən qadın və uşaqlarına görə Türkiyədən və Azərbaycandan yardım istəyirlər.
"Bizim doğrudan heç kimimiz yoxdur. Bir ay əvəl Türkiyə XİN-ə getdim, yardım istədim. Qızıl Aypara Cəmiyyətinin yardım göndərdiyini deməklə kifayətləndilər, başqa heç nə demədilər. Biz bu dəhşətin ən azından beynəlxalq ictimaiyyətə çatdırılmasını, müzakirə edilməsini istəyirik. Azərbaycan və Türkiyə türkmənlərə sahib çıxsın”- Kasım Kara deyib.
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?! – Hikmət Hacıyev
"Türkiyədə Azərbaycan əleyhinə danışmazdan əvvəl iki dəfə düşünməlidirlər" - Deputatdan MESAJ
"AKP-də təmsil olunan bəzi deputatlar Çanaqqala döyüşünü heç vaxt unutmamalıdırlar" - Deputatdan MESAJ
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi