İrəvan-Gorus yolu Azərbaycanın nəzarətindədir – Erməni general

İrəvan-Gorus yolu Azərbaycanın nəzarətindədir – Erməni general

Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan bildirib ki, İrəvan-Gorus yolu Azərbaycanın nəzarətindədir. Qaynarinfo erməni mənbələrinə istinadən xəbər verir ki, Seyran Ohanyan bunu Ermənistanın məğlub olması kimi dəyərləndirib. 

"İrəvan-Gorus avtomobil yolu, faktiki olaraq, Azərbaycanın nəzarəti altındadır. Azərbaycan məğlub olmuş Ermənistana təzyiq etməkdə davam edir. Təcrübə göstərir ki, udan tərəf həmişə uduzana diktə edir”.

Ohanyan bildirib ki, hal hazırda Sünik vilayətində durum çox ağırdır. Onun sözlərinə görə, Qafan-Gorus yolunda gömrük-keçid məntəqəsinin quraşdırılması yeni vəziyyət yaradıb. "Azərbaycan əsgəri İşxanasardan Cermuxa qədər irəliləyib. Nəticədə, bu gün Yerəvan-Gorus avtomobil yolu Azərbaycanın nəzarəti altına keçib”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az