İsa Muğannanın romanı yenidən nəşr olundu

İsa Muğannanın romanı yenidən nəşr olundu

Yazıçının bütün əsərləri oxuculara yeni düzəliş və əlavələrlə təqdim olunacaq

Hədəf Nəşrləri mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, tanınmış Azərbaycan yazıçısı İsa Muğanna “Məhşər” romanı yenidən nəşr olunub. “XAN” (Xalqım, Azərbaycanım Naminə!) bədii ədəbiyyat layihəsi çərçivəsində nəşr olunmuş bu roman XIV əsrin sonlarındakı Azərbaycanı əks etdirir.

Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub.

Müəllif bildirib: “Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasını asanlaşdırmaq məqsədilə mən əsərlərin hamısını yenidən işlədim”. 

İ.Muğannanın sözlərinə görə, oxucu altılığa daxil edilmiş bu əsərləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: “İdeal”, “Məşhər” (“Ənşər-mən şər”), “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”.

Qeyd edək ki, yazıçı ilə bağlanmış müddətsiz müqaviləyə əsasən, İ.Muğannanın bütün əsərlərinin (müəllif tərəfindən olunmuş yeni düzəliş və əlavələrlə) çapı və yayım hüququ yalnız Hədəf Nəşrlərinə məxsusdur. Kitabların satışından yazıçıya yüksək faizlə qonorar veriləcək. Bu üzdən, yazıçının əsərlərini saytlara yerləşdirən və ya “pirat” şəkildə çap edən şəxslərdən və qurumlardan xahiş olunur, məsələyə obyektiv yanaşaraq görkəmli yazıçının maraqlarını da nəzərə alsınlar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az