“Vətəninfo.az” xəbər verir ki, bu gün səhər saatlarında sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı Zakir Məmmədov dünyasını dəyişib. Bu haqda məlumatı mərhumun yaxınları verib.
İsgəndər Həmidov özü isə musavat.com-a bildirib ki, o, hazırda yoldadır, qardaşının dəfninə gedir. İ.Həmidov bildirdi ki, qardaşı uzun müddət imiş ki, bağırsaqlarındakı xəstəlikdən əziyyət çəkirmiş:
"Beş dəfə Azərbaycanda, iki dəfə Türkiyədə cərrahi əməliyyat olunub. Amma buna baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı".
İ. Həmidov bildirdi ki, dəfn bu gün, iyulun 16-da olacaq. Mərhumun yas mərasimi Gəncənin "2-ci çast" adlanan yerində keçirilir.
Mərhum Zakir Məmmədov 15 avqust 1952-ci ildə anadan olub. 1 ay sonra 60 yaşı tamam olacaqdı. O, uzun müddət hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışıb. Gəncənin Nizami rayonunun prokuroru olub.
Ailəlidir. Bir oğlu, bir qızı var.
Allah rəhmət etsin!
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?