“İsgəndər-M”-lər cəbhədə: MÜHARİBƏ HAZIRLIĞI

“İsgəndər-M”-lər cəbhədə: MÜHARİBƏ HAZIRLIĞI

"İsgəndər-M”-lər cəbhədə: Kəşfiyyat "müharibə planı”nın detallarını açdı

Amerika kəşfiyyatı Rusiyanın Kalininqrada gizli şəkildə "İsgəndər-M” raket komplekslərini yerləşdirdiyini açıqlayıb.

 "Röyters”ə danışan ABŞ kəşfiyyatındakı mənbə Rusiyanın yeni müharibəyə hazırlaşa biləcəyi ehtimalından danışıb.

"Rusiya Kalininqrada "İsgəndər-M” raket komplekslərini yerləşdirir. 2014-cü ildə təlimlər üçün bu ərazilərə raketlər gətirilmişdi. Lakin bu dəfə müharibə hazırlığının olması da istisna deyil. Bu, həmçinin, NATO-ya "əzələ nümayişi”dir”, - deyə mənbə bildirib.

Daha əvvəl "The Guardian” nəşri Estoniya mənbələrinə istinadən məlumat yaymışdı ki, "İsgəndər-M” raket-kompleksləri Sankt-Peterburqdan "Ambal” gəmisində daşınır.

Ekspertlər də Rusiyanın bu addımını yeni müharibəyə hazırlıq kimi qiymətləndiriblər.

Miq.az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az