İŞİD-dən yeni silah
Özünü "İslam xilafəti” adlandıran terror qruplaşması Suriyanın şimalındakı Mareya ərazisində kimyəvi silahlardan istifadə etməyə başlayıb.
Axar.az BBC-yə istinadən xəbər verir ki, Sərhədsiz həkimlər (MSF) təşkilatı sözügedən ərazidə nəfəs almağa çətinlik çəkən və bədənlərində müxtəlif şişlər olan ailəni müalicə etdikdən sonra İŞİD artıq kimyəvi silahların istifadəsinə start verdiyinə əmin olub.
Qeyd edək ki, Amerika Təbiblər Dərnəyi də kimyəvi silaha məruz qalan və müxtəlif yaralardan əziyyət çəkən 50-dən çox xəstəni müayinə etdiyini açıqlayıb.