İŞİD-in yeni əmiri Ərdoğanın qızı ilə evlənmək istəyir

İŞİD-in yeni əmiri Ərdoğanın qızı ilə evlənmək istəyir
İŞİD-ə beyət edən «Lazika» İslam Əmirliyinin lideri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qızı Süməyya ilə evlənmək istədiyini bəyan edib.
Və bu qərarından şərəf duyduğunu bildirib.

Vətəninfo.az Strateq.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın Almaniyada fəaliyyət göstərən rəsmi saytında (http://zentralrat-der-lasen.de/TR/) məlumat yayılıb. 

Məsələni Türkiyə gündəminə gətirən isə CHP-nin İstanbuldan millət vəkili Mahmud Tanal olub.

Tanal hesab edirə ki, İŞİD-çi əmirin S.Ərdoğana evlilik təklif etməsi radikal islamçı qrupların AKP-ni özlərinə yaxın hiss etdiklərini göstərir: «Bu təşkilat Osmanlı İmperiyasına heyran olduğunu da gizlətmir. Bu da onların Türkiyədə Osmanlı həsrətində olan insanların rəğbətini qazanmaq istədiklərini ortaya qoyur. Bütün bunlar Türkiyənin radikal islamçı qruplarla bağlı yürütdüyü yanlış xarici siyasətin nəticələridir». 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az