İŞİD tankları məhv edildi

İŞİD tankları məhv edildi

Rusiya aviasiyası Suriyada İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatının zirehli texnika və tanklarının olduğu bazanı yerlə yeksan edib.

Virtualaz.org-un TASS-a istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Koneşenkov bildirib.

Məlumata əsasən, aralarında "T-55” tipli tanklar da olmaqla İŞİD-in 30-a yaxın zirehli texnikası sıradan çıxarılıb: "Ümumilikdə obyektə 6 aviasiya zərbəsi endirilib ki, nəticədə yaraqlıların texnikası tamamilə sıradan çıxarılıb”.

Zirehli texnika ilə yanaşı Rusiya Hərbi-Kosmik Qüvvələrinin (HQS) "Su 24M” tipli bombardmançı təyyarələri Homs vilayətində terrorçuların rabitə məntəqəsini və Hama vilayətində qərargah məntəqəsinə hücum edib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az