İsmət Abbasovun adamı İmişlidə soyğunçuluq edir

İsmət Abbasovun adamı İmişlidə soyğunçuluq edir

Əyyub Əhmədov əhalinin pulunu necə mənimsəyir?

Artıq demək olar ki, İmişli rayonu, rayonun icra başçısı Vilyam Hacıyev başda olmaqla məmur təbəqəsi, eyni zamanda özəl sektorda olanların özbaşınalıqları haqqında yazmadığımız gün yoxdur. “Vətəninfo.az”a bu dəfə İmişlidən daxil olan məlumat “Aqroinvest” kredit bankının İmişli Rayon şöbəsinin rəhbəri Əyyub Əhmədovla bağlıdır. Məlumata görə, Əyyub Əhmədov əhalinin 30-40 min manatlıq əmlakını rəhbəri olduğu “Aqroinvest”kredit bankına qoyaraq, onun əvəzində vətəndaşlara 1500-2000 manat pul verir. Sonradan isə, həmin yerdə qalan pulları mənimsəyərək, hazırda özəl sektorda fəaliyyət göstərən taxta-şalban ticarətini genişləndirir. Məlumata görə. Əyyub Əhmədov kredit təşkilatına götürdüyü işçilər də o qədər uzaq adamlar deyillər. Ə. Əhmədov bankda olub-bitənin kənara çıxmaması üçün qohum əqrabasını yanına alıb. Məlumata görə, əhalinin aldadılan təbəqəsi haqqını istəyəndə isə aldığı cavab onların əlin qolun bağlayır. Məlumata görə. Əyyub Əhmədov özünü İmişlidə Kənd Təsərüfatı naziri İsmət Abbasovun və “Aqoinvest” Kredit Təşkilatının sədri Arif Əliyevin adamı kimi təqdim edir. Əhalini dövlətə qarşı narazı salan kredit təşkilatının yerli rəhbəri. Xalqın pulu hesabına özünə gün-güzaran yaratmaqdadır. Mirzə Ələkbər Sabirin misraları ilə desək “Mən salim olum cümlə cahan batsada-batsın nə işim var ” . İndi cənab nazir İsmət Abbasov və hörmətli Arif Əliyevin Əyyub Əhmədovu durdurmalarının vaxtı çatıb. Çox maraqlıdır ki, ölkə prezidenti cənab İlham Əliyev hər dəfə rayonlara səfərləri zamanı, eyni zamanda keçirdiyi müşavirələrdə bu məmurlara xalqı incitməmələrini, insanlara doğru-dürüst xidmətin çatdırılmasını tələb etsə də, bunlar nədənsə həm ölkə prezidentinin, eyni zamanda da iqtidarın siyasətinin tərsini edirlər.Görünür “Əlimizə fürsət düşüb yığaq qaçaq” deyimini özlərinə şüar ediblər. Nə deyək, Allah bunlara insaf versin.
Adı məlumatda çəkilən şəxslərin fikirlərini də təqdim etməyə hazırıq.

Kənan



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az