İsrail xilasediciləri Türkiyədən qədim əlyazma oğurlayıblar?..- "Rambler"
Xilasedicilər adı altında Türkiyədə olan israillilərin qədim Bibliya əlyazmasını - Əhdi-Ətiq və Tövratın hissələrindən biri olan Ester tumarını (Ester kitabı) oğurladıqları iddia edilib.
Moderator.az xəbər verir ki, "Rambler" portalının məlumatına görə, nadir ovçular iddia edirlər ki, tumar Suriya ilə münaqişə kontekstində "yanlış əllərə düşməsin" deyə yerli sakinlərdən biri tərəfindən onlara verilib.
Bu üzə çıxanda İsrail qalmaqallı şəkildə oğurluqda ittiham olunub. Beynəlxalq qalmaqaldan sonra Türkiyə yəhudiləri tumarı götürdüklərini və Antakyadakı sinaqoqun təmirindən sonra oraya qoyacaqlarını, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi isə əlyazmanın ölkə ərazisini tərk etmədiyini bəyan edib.
Sultan Laçın