İstanbul teraktını ASALA üzərinə götürdü, Bakını hədələdi

İstanbul teraktını ASALA üzərinə götürdü, Bakını hədələdi

İstanbulu İstiqlal prospektində baş verən teraktın məsuliyyətini erməni ASALA terror təşkilatı öz üzərinə götürüb.

Axar.az xəbər verir ki, bu barədə erməni Teleqram kanalları məlumat yayıb.

Qeyd edək ki, bəzən terror təşkilatları mövcudluqlarını göstərmək üçün aidiyyəti olmadığı halda teraktların məsuliyyətini üzərlərinə götürürlər. Buna görə də ASALA-nın İstanbul teraktının məsuliyyətini üzərinə götürməkdə nə dərəcədə həqiqəti dediyi şübhəlidir.

Sözügedən kanalda Azərbaycan da təhdid edilib və bildirilib ki, Bakı da "sürprizlərə” hazır olmalıdır.

Xatırladaq ki, İstanbuldakı bugünkü terakt nəticəsində son məlumata görə 6 nəfər ölüb, 81 nəfər yaralanıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az