İstanbul terrorunda “New York” mesajı - FOTOLAR
Ötən gün İstanbulun Taksim meydanında terror hadisəsi törədərək, 6 nəfərin ölümünə, 81 nəfərin isə yaralanmasına səbəb olan Suriya əsilli Əhlam Əlbəşirlə bağlı maraqlı bir detal üzə çıxıb.
"AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, ələ keçirilən terrorçunun üzərində "New York” yazılı bənövşəyi rəngdə köynəyin olması diqqətdən yayınmayıb.
Məlumata görə, 2005-ci ildə London metrosunda bombalı hücum təşkil etməyə cəhd edən Remzi Muhammed adlı terrorçunun da üzərində "New York” yazılı köynək olub. Həmin hücumun uğursuzluqla nəticələndiyi bildirilir.
Xatırladaq ki,Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisənin təfərrüatlarıyla bağlı jurnalistlərə açıqlama verərkən, terror hadisəsində ABŞ-ın əlinin olduğunu eyhamla vurğulayıb.
"ABŞ-ın başsağlığını qəbul etmirik. Düşünürəm ki, ABŞ-ın bu gün verdiyi başsağlığı mesajını qatilin hadisə yerinə ilk çatanlardan biri olduğu kimi dəyərləndirmək vacibdir.Bu hadisəni həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Heç narahat olmasınlar, bədəlini daha ağır ödəməli olacaqlar”,-deyə, nazir bildirib.