İstanbulda beynəlxalq ləl-cəvahirat sərgisi keçiriləcək

İstanbulda beynəlxalq ləl-cəvahirat sərgisi keçiriləcək
Oktyabrın 14-17-də İstanbulda 41-ci Beynəlxalq ləl-cəvahirat, saat və aksesuarlar sərgisi keçiriləcək.

Vətəninfo.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasından "Report”a verilən məlumata görə, sərgidə tanınmış brendlərdən zərgərlik məmulatları və bəzək əşyaları, aksesuarlar nümayiş olunacaq.
Sərgi iştirakçıları üçün proqramın əsas istiqamətləri brifinq, ikitərəfli görüşlərin keçirilməsi, sərgi stendlərinə baxış və istehsalçı şirkətlərə baş çəkməkdən ibarətdir.
Səfər çərçivəsində otel xərcləri Türkiyə tərəfindən qarşılanacaq və Azərbaycan sahibkarları da sərgiyə dəvət olunub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az