Cari ilin yanvar-aprel aylarında istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 7,5 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılıb.
Vətəninfo.az AZƏRTAC-a istinadən bildirir ki, satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil edib. Qeyri-ərzaq mallarının xüsusi çəkisi ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 1,9 faiz artıb.
Bu ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 1,8 dəfə artaraq 3,7 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,4 faizini qeyri-ərzaq malları təşkil etmişdir.
Məlumatda həmçinin qeyd olunub ki, 2015-ci ilin yanvar-aprel aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq 289,9 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 124,0 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 165,9 milyon manat təşkil edib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?