Azərbaycanda kənd təsərrüfatına yararlı torpaq sahələrinin istifadə olunmamasına görə torpaq sahibi cəzalandırılacaq. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququ yarandıqdan sonra həmin torpaq sahələrinin ardıcıl iki il müddətində istifadəsiz qalmasına yol verilməməlidir. Bunu "Report"a kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi Torpaq Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində dəyişiklikləri nəzərdə tutan təkliflərini Nazirlər Kabinetinə təqdim edib.
"Bir ildən sonra istifadə edilməyən yararlı kənd təsərrüfatı torpaqlarına cərimələrin tətbiqi nəzərdə tutulur. Cərimələri ödəməyən torpaq sahiblərinin əmlakının müsadirə edilməsi nəzərdə tutulur. Bu, Avropa ölkələrində olan bir qaydadır. Biz də hökumətə bununla bağlı təklif vermişik. Təkliflərimiz qəbul edilərsə, onun tətbiqi həyata keçiriləcək", - deyə H.Əsədov qeyd edib.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?