Vətəninfo.az xəbər verir ki, İtaliyanın Milano şəhərində, Parisdə baş verən terror hadisələrinə ehtiraz etmək və dinlər arasında birlik mesajı vermək məqsədi ilə aksiya keçirilib.Məlumata görə, keçirilən aksiyada minlərlə müsəlman iştirak edib və “Mənim adıma deyil"- yazılı paşüarlar qaldırıblar.
Məlumata görə, QHT-tı “Emergency” tərəfindən təşkil edilən mitikqə Milano İslam Dərnəkləri Kordinasiya Şurasının (Caim) üzvü olan dərnəklər ilə İsla Mədəniyyət Mərkəzi, İtaliyanın Gənc Müsəlmanları gruplarının da olduğu minlərlə insan iştirak edib. Mitinqdə Parisdə baş verən qanlı olaya ehtiraz edilməklə bərabər, eyni zamanda da dinlər arasında dosluq və əməkdaşlıq mesajları verilib. Mitinqdə müsəlmanlar "Mənim adıma deyil"- yazılan şüarlarla İslam dini adına şiddət və silahlı hücumların həyata keçirilməsinin əlehinə olduqlarını bildiriblər.

Mitinqin qətnaməsində: Qorxuya və nifrətə əyilmək istəmirik. Dünyanı dinlər arasında fərq qoyaraq,millətləri bir-birinə qarşı qoyanların düşüncəsini rədd edirik.İndi birlikdə hərəkət etmə vaxtıdır. Utoyadakı, Peşavərdəki, Baqdakı, Bağdattakı, Parisdəki, Ağdənizdəki, Nyu- Yorqdakı qurbanlar arasında fərq qoymayanların səsini eşitmə zamanıdı” . İslam Mədəniyyət Mərkəzinin təsisçisi Abdel Hamadi Shaari də iştirakçılar qarşısında etdiyi çıxışda"Bu gün burda olmaq bizim üçün bir məsuliyyətdir. Mən italiyanlara sizin yanınızdayıq,başqa bir tərəfdə deyilik”-demək üçün burdayam.
Məlumata görə, İtaliyada mövcud olan bütün məscidlərdə qılınan namazlardan sonra, edilən çıxışlarda islam dininin bu tip silahlı hücumları və insan ölümünə səbəb verən partlayışları pislədiyi qeyd edilib.
Vətəninfo.az