İtkin neftçiləri sualtı qayıqlarla axtarırlar

İtkin neftçiləri sualtı qayıqlarla axtarırlar

Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin "Azneft” İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarışı davam edir.

Bu barədə hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahdan bildirilib.

Qeyd olunub ki, bu gündən axtarış işlərinə sualtında axtarış edə bilən 4 dalğıc gəmisi cəlb olunub.

Məlumata görə, bundan başqa axtarış işlərini ətraf yataqlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) və "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 10 gəmisi davam etdirir. Eyni zamanda, FHN-in 2 helikopteri axtarışa cəlb olunub, daha 1 helikopter isə yaxın dəqiqələrdə havaya qalxacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az