İyulun 29 və 30-da diqqətli olun - XƏBƏRDARLIQ! - VİDEO

İyulun 29 və 30-da diqqətli olun - XƏBƏRDARLIQ! - VİDEO

Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin günəşdə baş verən alışmadan sonra iki gündür ki, geomaqnit qasırğa müşahidə olunduğunu deyir. Qasırğanın mənfi təsirləri iyulun 29 və 30-da müşahidə olunacaq. Mütəxəssis deyir ki, günəşin səthində ləkələrin sayı az olduğundan alışmaların olma ehtimalı aşağıdır.

Həkimlər insanları bu günlər ərzində diqqətli olmağa çağırır. Geomaqnit qasırğa xüsusilə risk qrupuna aid vətəndaşlarda və yaşlı insanların səhhətində müəyyən problemlər yarada bilər. Bunun üçün gündüz vaxtı küçəyə çıxmamaq, həyəcanlanmamaq, bol maye qəbul etmək və təzyiqə diqqət etmək məsləhət görülür./ATV/

Qeyd edək ki, geomaqnit qasırğa yalnız bioloji sistemlərə yox, texniki vasitələrə də təsir edir. Texniki avadanlıqlarınızda qısamüddətli donmalar müşahidə oluna bilər.
Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az