Jirinovski rəsmən Putinin rəqibi oldu
Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski prezident seçkilərində rəsmən ilk namizəd olub.
Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya Mərkəzi Seçki Komissiyasından bildirilib.
İdarə Jirinovskinin səlahiyyətli nümayəndələrini qeydə alıb və partiya liderinə xüsusi seçki hesabını açmağa icazə verib. Qeyd edilir, indi o seçki qərargahını formalaşdıra bilər.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2018-ci il martın 18-də keçiriləcək. Daha əvvəl ölkənin hazırkı başçısı Vladimir Putin seçkilərdə iştirak edəcəyini açıqlayıb.
Miq.az