Jurnalist narkobaronla birlikdə GÜLLƏLƏNDİ

Jurnalist narkobaronla birlikdə GÜLLƏLƏNDİ
Meksikanın Orisaba şəhərində silahlı insident baş verib
Vətəninfo.az-ın məlumatına görə, Modern.az xarici mətbuata istinadən xəbər verir ki, 5 nəfərdən ibarət silahlı dəstə gecə saatlarında barlardan birinə daxil olaraq müştərilərə atəş açıb.
Nəticədə 6 nəfər, o cümlədən jurnalist Xuan Eriberto Santos Karrera və "Los Setas” narkokartelinin liderlərindən Xose Markes Balderas həlak olub. Amma hadisənin şahidi olan daha 2 jurnalist silahlı şəxslər tərəfindən heç bir zorakılığa məruz qalmayıb.  
Meksika polisi öldürülən jurnalist Xuan Eriberto Karreranın bu yaxınlara qədər "Televisa Veracruz” telekanalında işlədiyini və narkomafiya ilə sıx əməkdaşlıqda olduğunu təxmin edir.
Hadisənin baş verdiyi Verakrus ştatı Meksikada jurnalistlər üçün ən təhlükəli ştat sayılır. 2010-cu ildən bəri müxtəlif KİV-ə çalışan 15 nəfər silahlı hücumun qurbanı olub.   Ümumiyyətlə, 2000-2014-cü illlər ərzində Meksikada 102 jurnalist öldürülüb.   


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az