Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ayrıca tədbir keçirməyəcəklərini vurğulayıb. “Hər il olduğu kimi, bu il də biz Mətbuat Şurası və Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun təşkil etdiyi tədbirlərə qatılacağıq. Hesab edirik ki, hər iki qurumun birgə təşkil etdiyi tədbir yüksək səviyyədə olduğu üçün ayrıca mərasimə ehtiyac yoxdur”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də mətbuat günü ilə bağlı böyük tədbir keçirə bilməyəcəklərini deyib. O qeyd edib ki, media mütəxəssislərinin iştirakı ilə dəyirmi masa təşkil edəcəklər:
“Müstəqil qeyri-hökumət təşkilatlarının imkanları, maddi vəziyyəti o qədər geniş deyil ki, böyük tədbirlər keçirsin. İkinci tərəfdən, müstəqil medianın dairəsinin darlığı Həsən bəy Zərdabi, “Əkinçi” adına tədbirlərin keçirilməsinə imkan vermir”.
Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı da milli mətbuatının yaranmasının 140 illiyi ilə bağlı tədbir keçirməyəcəklərini bildirib.
Modern.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?