Azərbaycan milli mətbuatının 140 illik yubileyində Həsən bəy Zərdabi mükafatı veriləcək.
Bu barədə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.
O bildirib ki, mükafat iyulun 22-də veriləcək: “Hər il kateqoriyalar üzrə dəyişiklik olur. Ona görə indidən nəsə demək tezdir. Həm də əgər həmin kateqoriyalara uyğun adam varsa, mükafat verilir”.
Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi mükafatı 1990-cı illərin sonlarında təsis olunub. Laureatlar Azərbaycan Jurnalistikası Günü ərəfəsində sərbəst nominasiyalar üzrə seçilir.
2014-ci ildə mükafata BBC-Azərbaycanın əməkdaşı Famil İsmayılov, “Xalq qəzeti” dən Həsən Həsənov, AzTV-nin əməkdaşı Təranə Məmmədova, “Azadlıq” radiosundan Arifə Kazımova, publisist Nəcibə Bağırzadə, “Azadlıq” qəzetinin köşə yazarı Aynur Elgünəş, “Region Şəki” qəzetindən Baba Mirzəxanlı layiq görülüb.
Modern.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?