Karantin postları yenidən qurulur? - DİN-dən AÇIQLAMA

Karantin postları yenidən qurulur? - DİN-dən AÇIQLAMA

Sosial şəbəkələrdə Azərbaycanın bəzi rayon və şəhərlərin giriş-çıxışında karantin postlarının qurulması barədə məlumatlar yayılıb. İddia olunur ki, Ramazan ayı boyunca sərt karantin tətbiq olunacaq və postlar da bu məqsədlə qurulub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin  Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlama verib:

"Sərt karantinin tətbiq olunması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edir. Biz onların qərarını gözləyirik. Hələ ki, qərargahın belə bir qərarı yoxdur".
 
Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az