Keçmiş MTN naziri məhkəmədə niyə ağladı?

Keçmiş MTN naziri məhkəmədə niyə ağladı?
"Keçmiş MTN naziri mənə deyirdi ki, Allahına zəng vur, istintaqa gəlsin”

Naxçıvan Muxtar Respublikasının həbsdə olan sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərov Hərbi Məhkəmədə vaxtilə işgəncə verdiyi şəxslə üzləşərkən ağlayıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, V.Ələsgərovun nazirliyi dövründə Naxçıvan MTN-in əməkdaşları tərəfindən həbs olunan, İŞİD-ə məlumat ötürməkdə ittiham edilən, sözügedən idarədə ağır işgəncələrə məruz qalan keçmiş hərbçi N.Ağasıyev deyib:

"Məhkəmədə başıma gətirilən əhvalatları danışdım. Bu zaman Vəli Ələsgərov ağlaya-ağlaya məhkəmənin sədri Qasım Əliyevə dedi ki, mənim evdə 5 gözləyənim var, göydə Allah var, mənə yazığınız gəlsin. Mən onda sual verdim ki, bəs sənin evində 5 nəfər gözləyənin varsa, mənim evimdəkilər kim idi?! Və yaxud, əgər sən Allahı tanıyırdınsa, niyə içəridə telefonu uzadıb deyirdin ki, zəng vur, gəlsin görək Allah kişidir, ya arvad?"

Qeyd edək ki, V.Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Bir neçə gün əvvəl isə yenidən məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Sabiq nazir vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda, qulluq mövqeyindən sui-istifadə etməkdə, telefon danışıqlarını qanunsuz dinləmədə və digər cinayətlərdə ittiham olunur.

V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az