“Kəlbəcər bizim olmayıb. Bunu bütün dünya deyir...”- Erməni deputat

“Kəlbəcər bizim olmayıb. Bunu bütün dünya deyir...”- Erməni deputat

"Kəlbəcər bizim olmayıb. Kəlbəcər 1990-cı illərdə əsgərlərimiz tərəfindən Qarabağın müdafiə zonası olaraq ələ keçirilmişdi ki, sonradan bu torpaqlar geri qaytarılsın və Qarabağ status alsın...”
 
Moderator.az xəbər verir ki, bunu Kəlbəcərin Rusiyanın dəstəyi ilə Ermənistan  ordusu tərəfindən işğalının növbəti ildönümü ərəfəsində qəsbkar ölkə parlamentinin  "Mənim addımım” fraksiyasının deputatı Ovik Ağazaryan  "Pastinfo" xəbər kanalının efirində bildirib.
 
"Ermənistanda buna şübhə edən biri varmı? Ermənistanda bütün dünyaya Kəlbəcərin bizim olduğunu söyləyə bilən varmı? Bütün dünya dedi ki, Kəlbəcər sənin deyil, əzizim,  onu tezliklə geri qaytar və sən də gec-tez onu qaytarmalıydın" –deyə erməni deputat vurğulayıb.
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az