“Kimsə bizə müraciət etsə, kitabın aqibəti haqda düşünəcəyik”-AÇIQLAMA

“Kimsə bizə müraciət etsə, kitabın aqibəti haqda düşünəcəyik”-AÇIQLAMA

"Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda çeşidləmə prosesi zamanı 19-cu əsrə aid tapılan şair, filosof və alim Abdurrəhman Caminin 12-ci əsrdə yaşamış Misir alimi İbn Hacibin "El-Kafiye” əsərinə şərhi barədə 1892-ci ildə ərəb dilində İstanbulda nəşr olunan kitabın hər hansı müəssisəyə yerləşdirilməsi ilə bağlı hələki bizə heç bir müraciət daxil olmayıb. Müraciət olduğu təqdirdə kitabın aqibəti ilə bağlı yerləşdirilmə məsələsinə baxılacaq”. 

 Bu sözləri Miq.Az-a "Təmiz şəhər" ASC-nin şöbə müdiri Elmar Məlikov açıqlamasında bildirib.

Onun sözlərinə görə, tapılan kitabda heç bir kitabxananın qeydiyyatı, inventar nömrəsi olmadığından hansı müəssisəyə məxsus olunduğu bilinmir:  
"Bunlar olmadığına görə, kitabın fərdi şəxsdə olduğu, uzun müddətdən sonra isə zibil qutusuna atdığı hesab olunur”.

İmamət İsmayılova 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az